Rotaract Club of Baku – Home

Welcome to the Rotaract Club of Baku Official Website!

Dostlar! Sizi “Rotabook” adlı layihəmizdə iştirak etməyə dəvət edirik. Layihə çərçivəsində biz Xaçmaz rayonunun ucqar kəndlərindən olan Çiləgir kəndinə gedib orada məktəbli uşaqlara dəstək olmaq istəyirik. Dəstəyimizi onlara kitabların alınmasında və pulsuz psixoloq ilə konsultasiyasından ibarət olacaq. Bu gözəl layihəyə və əsas da uşaqların gələcəyinə pozitiv dəstək olmaq üçün ianə edə bilərsiniz. Ümumi məbləğ - 3670 AZN Sponsorlar: Rotary international club of Baku 20% Bahram Bagırzadə kitab dəstəyi Face Art (rəssam tərəfindən uşaqlarlar əyləncəli vaxt keçiriləcək, üzlərinə rəsimlər çiziləcək)4098584468855588 kart hesabı ,kimlər köməklik göstərmək istəsə kart a ödəniş edərək bizim layihəmizə böyük qatqıda buluna bilər.❤️🙏🏼 ... See MoreSee Less
View on Facebook

1 month ago

Rotaract Club of Baku
Bu dəfə Rotaract ailəsi Nəriman Nərimanovın ev muzeyinə baş çəkdi , öncəliklə @neriman_nerimanov_xatiremuzeyi idarə heyətinə dərin təşəkkürlərimizi bildiririk , bizim “Rotatrip “ adlı layihəmizdə bizə maraqlı tarixi bilgilərlə dəstək olduqları üçün 🫱🏻‍🫲🏼.#rotatriptur #rotaryclubs #rotaractclub ... See MoreSee Less
View on Facebook

10 months ago

Rotaract Club of Baku
Əziz Rotaract dostları! "Rotalk" lahiyəsinin yeni sesiyası davam edir...🤝"Gənclərin Töhfəsi" İctimai Birliyi, "Peşə Təhsililinin İnkişafına və Məşğulluğa Dəstək "İctimai Birliyi və "Rotaract Club of Baku" beynəlxalq sistem təşkilatının birgə təşkilatçılığı ilə "Rotalk" layihəsi çərçivəsində sahibkar Mirzə Məhərrəmovun təqdimatında "Liderlik & İdarəetmə" adlı təlim baş tutacaqdır.👤Qonağımız sahibkar Mirzə Məhərrəmov - “Arenda.az” Daşınmaz Əmlak platformasının sahibi, "Proton" MMC Proqramlaşdırma şirkətinin həmtəsisçisi və direktoru, E-commerce üzrə ekspert, Netty mükafatının laureatıdır.🎯Təlimin məqsədi iş həyatında uğura gedən yolda idarəetmənin təşkili, liderlik bacarıqları ilə effektivliyin təmin edilməsi və müvəffəq karyera yolunda strategiyanın formalaşdırması xarakterini daşıyır.Hər birinizi təlimə dəvət edir və faydalanmağınızı diləyirik! 📝Qeydiyyat linki: forms.gle/KMu6mMhaYGT8VBPA7🗓️Tarix: 29 iyul 🕒Saat: 15:00📍Məkan: Qlobus Mərkəzi, 13-cü mərtəbə,(Nizami Ⓜ️) ... See MoreSee Less
View on Facebook

1 years ago

Rotaract Club of Baku
30.04.2023 tarixində Gənclərin Töhvəsi İctimai Birliyinin tərəfdaşlığı və psixologiya və loqopediya sahəsi üzrə mütəxəssis Nərmin Daşdəmirbəylinin iştirakı görüşümüz baş tutdu.Görüş zamanı "Şəxsi inkişafda psixologiyanın rolu" mövzusunda maraqlı və faydalı məlumatlar təqdim olundu.Görüşümüzə dəyər qatan Nərmin xanıma və Rotaract dostlarına təşəkkürümüzü bildiririk.🙏#rotaract #rotaractbaku #district2430 #imaginerotary #baku #azerbaijan #rotaryilexeyaledek #Rotary #rotaryilehayalet #ImagineRotary #rotaryilehayaledin ... See MoreSee Less
View on Facebook

1 years ago

Rotaract Club of Baku
🔊Əziz dostlar, RYLA qeydiyyat linki bugündən etibarən açıqdır. Linkə daxil olaraq qeydiyyat formunu doldura bilərsiniz. Qeydiyyat 3 Mart tarixinə qədər aktivdir. Əgər hər hansı sualınız yaranarsa linkdə qeyd edilən email vasitəsi ilə bizimlə əlaqə saxlaya bilərsiniz. ryla.azRYLA nədir?RYLA (Rotary Youth Leadership Awards) dünya Rotary Klubları tərəfindən təşkil edilən Liderlik proqramıdır. Azərbaycanda RYLA 2015-ci ildən etibarən keçirilir. Bu il RYLA 14-17 aprel tarixlərində XƏZƏR İNCİ hoteldə (Buzovna) keçiriləcək. Rotary Klubları və həmin klubların bağlı olduğu bölgə komitəsi layihə ilə bağlı bütün xərcləri qarşılayır. Azərbaycanda da Bakı Xəzər Rotary və Bakı Beynəlxalq Rotary Klubları hər il mütəmadi olaraq bu layihənin uğurla həyata keçirilməsinə səy göstərir.RYLA proqramı:• Rotary-nin gənclərə hörmət və ehtiramını nümayiş etdirir;• Seçilmiş gəncləri və Potensial liderləri effektiv təlimlə təmin edir;• Gənclər tərəfindən gənclərin liderliyini təşviq edir;• Cəmiyyətə xidmət göstərən Gənc insanları tanıyır.RYLA proqramı aşağıdakı əsas mözvzuları əhatə edir:• Liderliyin əsasları• Liderlik Etikası• Effektli Liderlikdə ünsiyyət bacarıqlarının vacibliyi• Problemlərin həlli və münaqişələrin idarə olunması• Rotarynin məqsədi və cəmiyyətə xidmət• Özünə güvən və özünə hörmət yaratma• Cəmiyyətin və qlobal vətəndaşlığın elementləriRYLA kimlər üçündür?-RYLA proqramı yalnız 18-22 yaş arası gənclər üçündür.Seçim necə aparılır?-İkinci mərhələdə isə iştirakçılar müsahibə olunacaq və ən uyğun 30 gənc proqramda iştirak etmək hüququ əldə edəcək. Hər hansl ödəniş tələb edilirmi ?-Proqramda iştirak edən gənclərin bütün iştirak xərcləri qarşılanır. Ərizə forması nə vaxta kimi aktivdir?-RYLA üçün ərizə forması 3 Mart 2023-cü ilə qədər aktivdir.Rotary nədir?Bu proqramı təşkil edən Rotary, yer üzündə dostluq və xoş niyyətin qurulmasına kömək etmək, bütün peşələrdə yüksək əxlaq standartlarını yaymaq üçün dünya miqyasında təşkilatlanmış bir xidmət qurumudur. Rotary nin əsas devizi, “Özündən Əvvəl Xidmət ” anlayışıdır. Bu anlayış, bütün Rotarianların əsas devizi olub, dünya miqyasında insanları ortaq məqsəd çərçivəsndə bir yerə toplayır. Rotary Klub üzvlərinin profili, olduqları bölgə və ölkədəki təmsil edilən iş və peşələrin bir təzahürü olmaqdadır. Klubun hər üzvü fərqli bir peşəni təmsil edir. Rotary-nin təşkilatlanma forması problemlərin həllinə yönələrək düşünülən fikirlərin, cəmiyyətin hər fərdinin qavraya bilməsi və xidmətin cəmiyyətin bütün təbəqələrini əhatə edə bilməsi üçündür. Qısaca olaraq Rotary, dörd təməl prinsipdən ibarət olmaqla təşkilatlanır:1. Üzvlər arasında dostluğu möhkəmlətmək – möhkəmləndirmək,2. Xidmət etmə niyyətini çox yaxından araşdırmaq,3. Xidmət devizini şəxsi həyatımıza tətbiq etmək,4. Qarşılıqlı anlayış və beynəlxalq əlaqələri inkişaf etdirmək.#aze #baku #rotaract #rotary#ryla #district2430 #makeitdifferent #BeTheInspiration #ryla2023 ... See MoreSee Less
View on Facebook